ACP sədri Kəramət Salayevin onunla əlaqəsinin olmadığını deyir
Açıq Cəmiyyət Partiyasının sabiq sədr müavini Kəramət Salayev Doğru Yol Partiyası yaradır. Kəramət Salayev yeni partiyanın qurulması ilə bağlı “virtualaz.org” saytına açıqlama verib: “Hazırda təşkilatlanma dövrüdür. 15 nəfərdən ibarət təşkilat kamandası yaradılıb. Biz mühfizəkar demokrat ideasına üstünlük veririk. Cəmiyyətdə siyasi proseslərdə mühafizəkar demokrat siyasi idealogiyaya malik bir boşluq var. Hesab edirəm ki, biz yaxın 5-10 il ərzində bu boşluğu doldurmağa çalışacağıq”.
K.Salayev mətbuatda onun ACP sədr müavini kimi göstərilməsinə və partiyanın ACP sədri Sülhəddin Əkbərin quruculuğu ilə yaradılması haqda yazılan məlumatlara da aydınlıq gətirib: “Mən 2013-cü il, iyulun 16-da Açıq Cəmiyyət Partiyasının sədr müavinliyindən və üzvlüyündən istefa vermişəm. Bu barədə mətbuata məlumat verməmişdik. Amma indi zərurət yaranır ki, ACP-dən getdiyimizi elan edək. Doğru Yol Partiyasının ACP ilə heç bir əlaqəsi yoxdur. ACP sədri Sülhəddinin Əkbərin partiyanın quruculuğu ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Bu partiya bir qrup intelektual gənc və siyasi təcrübəyə malik insanların təşəbbüsü ilə yaranan siyasi bir qurumdur”.
ACP sədri Sülhəddin Əkbər də “azadliq.info”ya açıqlamasında K.Salayevin nə partiya ilə, nə də özü ilə heç bir əlaqəsi olmadığını bildirib.