Məhkəmə zalına müttəhimlərin yaxınları da buraxılmayacaq
Türkiyədə “Ergenekon” işi üzrə məhkəmənin avqustun 5-nə təyin edilən sonuncu iclası qapalı keçiriləcək. Bunu Istanbul valisi Hüseyn Avni Mutlu bildirib. Onun sözlərinə görə, avqustun 5-də məhkəmə binası qarşısında istənilən toplantı qanunsuz hesab ediləcək. Məhkəmə zalına müttəhimlərin yaxınları da buraxılmayacaq.
Qeyd edək ki, aprelin 8-də “Ergenekon” işi üzrə proses zamanı “Silivri” məhkəməsininÿ qarşısında çoxminlik etiraz aksiyası keçirilmişdi. Polis əməkdaşları nümayişi su şırnaqları və gözyaşardıcı qazdan istifadə etməklə dağıtmışdı. O vaxtdan məhkəmə iclasları zamanı binanın qarşısında insanların toplaşmasına icazə verilmir.