Bosniya-Hersoqovina Federasiyasının rəhbəri Jivko Budimir rüşvət alma iddiasıyla həbs edilib.Bosniya-Hersoqovina Araşdırma və Mühafizə Agentliyinə bağlı xüsusi təyinatlı polislərin həyata keçirdiyi əməliyyat çərçivəsində Budimirin Mostar şəhərindəki hökumət binasında yerləşən kabinetində axtarış aparılıb. Budimir kabinetindəcə həbs edilib.
Ölkənin müxtəlif bölgələrində “Patriot”, “Ədalət” və “Yaddaş” kod adlarıyla keçirilən əməliyyatlarda ümumilikdə 10 nəfərin həbs edildiyi açıqlanıb (trtazerbaycan.com).