Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (The International Institute for Strategic Studies, IISS) 160-dan artıq ölkənin hərbi və müdafiə potensialına həsr olunan illik The Military Balance 2013 hesabatını hazırlayıb. Hesabatda Ermənistan və Azərbaycanın hərbi potensialı barədə məlumatlar yer alıb.
Hesabat müəllifləri hər iki ölkənin hərbi sahənin maliyyələşdirilməsi üçün böyük vəsait ayırdığını qeyd edir. Əgər Ermənistan bu məqsədlər üçün ildə 400 mln. dollar xərcləyirsə, Azərbaycanda bu xərclər 1 mlrd. 770 mln. dolları ötür. Sənəddə qeyd olunur ki, Azərbaycan ÜDM-in 2,5%-i, Ermənistan isə 4%-i xərcləyir.
Hesabat müəllifləri hər iki ordunun döyüş qabiliyyətini də müqayisə edir. Bu müqayisədə Ermənistanı önə çıxarılır. Ekspertlər Ermənistan ordusundakı islahatlara da toxunur. Ancaq eyni zamanda problemlər də kifayət qədərdir. Sənəddə qeyd olunur ki, Ermənistan silahların modernləşdirilməsinə ciddi vəsaitlər ayırsa da, hələ arzuladığı səviyyədən çox uzaqdır. Bu da əsasən Ermənistan Müdafiə Nazirliyində korrupsiya halları və maliyyə vəsaitlərinin qeyri-effektiv idarə olunması ilə əsaslandırılır.
EkspertlərAzərbaycan ordusunun imkanlarına tənqidi yanaşırlar. Hesabatda qeyd olunur ki, neftdən gələn gəlirlərin hesabına silahların alınmasına baxmayaraq, hava məkanında Azərbaycanın silahlı qüvvələri birmənalı üstünlüyə malik deyil. Bu da hərbi əməliyyatlar başlayacağı təqdirdə ciddi risk faktoru ola bilər.
Hesabatda həmçinin deyilir ki, neft Azərbaycana C-300 raketlərini də almağa imkan verib, ancaq hələlik bunun təhlükəsizliyin artırılması baxımından Bakıya nə verdiyi aydın deyil.