Zaur Kazımov polis rəisi müavinliyindən çıxarıldı
Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin şikayəti üzrə həbs edilən iş adamı Arzu Kazımovun oğlu Zaur Kazımov polis orqanlarındakı vəzifəsindən azad edilib.
Bu barədə Moderator.az-a daxili işlər orqanlarındakı mənbə məlumat verib. Məlumata görə, Zaur Kazımov paytaxt rayonlarının birində bölmə rəisinin müavini vəzifəsində çalışıb.
Moderator.az-ın əməkdaşı Zaur Kazımovun özü ilə əlaqə saxlasa da, o bu barədə danışmaqdan imtina edib. Sabiq rəis müavini sualı eşidən kimi telefonun dəstəyini asıb.