Tunisin devrilmiş liderinin həyatına təhlükə yarandı
Fransanın “Le Monde” qəzetinin yaydığı məlumata görə, Tunisin devrilmiş lideri Zeynal Abidin Ben Əli infarktın ən yüksək həddini keçirib və komaya düşüb. Qəzet bildirib ki, yanvarın 14-də xalq üsyanından sonar hakimiyyətdən istefa verərək Səudiyyə Ərəbistanına qaçan Ben Əli dərhal Ciddə şəhərindəki xəstəxanaya yerləşdirilib.
“Le Monde”nin xəbərində o da qeyd olunur ki, Tunisin devrilmiş lideri Səudiyyə kral ailəsinə aid xəstəxanaya başqa adla yerləşdirilib. Qəzet yazır ki, həkimlər Ben Əlinin səhhətini ağır qiymətləndirib.
İnformasiya şöbəsi