İctimai Palatanın yerli şöbəsi Seymur Allahverdiyevin ölümü ilə bağlı bəyanat verdi
İctimai Palatanın Göyçay rayon şöbəsi N saylı hərbi hissəsinin əsgəri Seymur Allahverdiyevin ölümü ilə bağlı bəyanat verib. Bəyanatda Seymur Allahverdiyevin öldürüldüyü və bunun gizlədildiyi iddia edilir.
Bəyanat müəllifləri Seymur Allahverdiyevin meyitinin yenidən məhkəmə tibbi ekspertizasından keçirilməsini, valideynlərinə və ictimaiyyətə düzgün məlumat verilməsini tələb edir. Bundan başqa, əsgərin ölümündə cavabdeh olanların aşkar olunub cəzalandırılması istənilir.
Bəyanatda qeyd edilir ki, əsgərin ölümünə görə Göyçay Səfərbərlik və Hərbi Xidmətə Çağırış Şöbəsinin qarşısında piket keçirilməsinə qərar verilib. Artıq bundan ötrü Göyçay Rayon İcra Hakimiyyətinə rəsmi müraciət olunub.