Məşhur müğənni Müslüm Gursəsin öldüyü haqda xəbər təsdiqini tapmayıb. Müğəninin həkimi Türkiyə mediasında açıqlama yayaraq, Gursəsin əvvəlki kimi ağır durumda olduğunu, reanimasiyada saxlandığını bildirib. Həkim deyib ki, o hazırda süni nəfəs aparatına qoşulub, onun beyin ölümü keçirdiyi haqda yayılan xəbərlər doğru deyil.
***
Türkiyənin məşhur müğənnisi Müslüm Gürsəs vəfat edib. Xəbəri “Doğan” agentliyi yayıb. Agentliyin verdiyi xəbərdə “Arabesk musiqisinin önəmli şəxslərindən olan Müslüm Gürsəs müalicə aldığı xəstəxanada vəfat etdi” deyilir.
Müğənninin müalicə aldığı xəstəxana rəsmiləri isə hələlik heç bir açıqlama verməyiblər (Qaynar.info)