Yəmənin paytaxtında hərbi təyyarə qəzaya uğrayıb. “RİA Novosti” agentliyinin xəbərinə görə, “Su-22” təyyarəsinin qəzaya uğraması nəticəsində pilotdan başqa, ən azı 15 nəfər ölüb. Tələf olanlar arasında uşaq və qadınların olması da istisna edilmir.
Bombardman təyyarəsi yaşayış binasının üstünə düşdüyündən, ölənlərin sayının artacağı gözlənilir. Hərbçilərin sözlərinə görə, təyyarə havaya təlim məqsədi ilə qaldırılmışdı. Təyyarənin düşdüyü yerdə yanğın baş verib (press24).