Hökumət 19 illik fövqəladə vəziyyəti ləğv edir
Tunis və Misirdən sonra xalqın dəyişikliklər tələbi ilə ayağa qalxdığı Əlcəzairdə hökumət geriyə doğru ilk addım atmaqdadır.
Əlcəzairin xarici işlər naziri Murad Medelci bildirib ki, bir neçə gün ərzində ölkədə fövqəladə vəziyyətin tətbiq edilməsilə bağlı 19 illik qanun lağv olunacaq. Fransanın “Europe 1” radiosuna verdiyi açıqlamada nazir “Bir neçə gündən sonra fövqəladə vəziyyətdən keçmişdəki durum olaraq bəhs edəcəyik” deyib.
Əlcəzairdə İslam Salamat Partiyasının seçkilərdəki qələbəsinin ləğv edildiyi 1992-ci ildən bu yana fövqəladə vəziyyət tətbiq olunub. Etiraza qalxan xalqın tələblərindən biri də məhz fövqəladə vəziyyətin ləğvidir.
Əlcəzairin prezidenti Əbdüləziz Buteflika da bu ayın əvvəllərində ölkədəki 19 illik fövqəladə vəziyyətin ləğv olunacağını bildirmişdi.