Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi Informasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Müşahidə Şurasının sədri Umud Mirzəyev Şura üzvlərini gündəliklə tanış edib.
Gündəliyə uyğun olaraq, “Fondun 2012-ci ildə fəaliyyəti barədə yekun hesabatı”nı Fondun icraçı direktoru Vüqar Səfərli təqdim edib. 2012-ci ildə görülən işlər və sərf olunmuş maliyyə vəsaiti barədə məlumat verən Vüqar Səfərli sonra Müşahidə Şurası üzvlərinin mövzu ətrafında suallarını cavablandırıb. Sonra hesabat Şura üzvlərinin yekdil qərarı ilə qəbul edilib.
Gündəlikdəki növbəti məsələ “2013-cü ildə Fondun Tədbirlər Planı” olub. 2013-cü il üçün tərtib edilmiş Tədbirlər Planını da iclas iştirakçıları yekdilliklə qəbul edib.
Sonda 2013-cü il Novruz bayramı münasibəti ilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin qaydaları və istiqamətləri müzakirə edilərək, müsabiqənin 10 istiqamət üzrə keçirilməsi barədə qərar qəbul edilib.