DİN-dən deyilənlər…
Daxili İşlər Nazirliyindən (DİN) “Turan” İlhamiz Quliyevin narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilməsini təsdiqləyiblər: “Vətəndaş Quliyev İlhamiz bir qrup şəxslə əlbir olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir”.
Bunu DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib. Onun sözlərinə görə, İ.Quliyevin əvvəllər daxili işlər orqanlarında xidmət etməsi ilə bağlı iddialar əsassızdır: “O, heç vaxt polis əməkdaşı olmayıb”.
İ.Quliyevin saxlanarkən döyülməsi ilə bağlı deyilənlərə DİN-dən cavab almaq mümkün olmayıb.
Azadlıq radiosu