2004-cü ildən etibarən Sülh və Demokratiya Institutu Azərbaycanda məhkəmə sisteminin monitorinqini həyata keçirir, müxtəlif məhkəmə proseslərinin təhlilini prosesin və çıxarılmış hökmün ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına, xüsusən Insan Hüquqları üzrə Avropa Konvensiyasına uyğunluğu haqqında ekspert şərhləri ilə birlikdə KIV-də dərc edir.
“Çoxillik monitorinq məhkəmə hakimiyyətinin icra hakimiyyətindən ümumi, mütləq asılılığını göstərir. Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti yoxdur, bu mübahisəolunmaz fakt ölkədə bərqərar olmuş kriminal-korrupsioner rejimin əsasında durur”, deyə SDI-nin press-relizində bildirilir.
2007-ci ildən etibarən SDI xüsusilə kobud qanun və hüquq pozuntuları ilə fərqlənən hakimlərin “zolaqlı mantiyalarla təltif edilməsi” mərasimi keçirir.
SDI hər il “zolaqlı mantiyaya” 12-25 hakimi təqdim edir. Şübhəsiz, Azərbaycanda buna “layiq olanların” sayı xeyli çoxdur. 2012-ci ilin yekunlarına görə “zolaqlı mantiya” üçün təqdim edilmiş hakimlərin adlarını təqdim edirik. Yanvarın 25-də SDI bununla bağlı təqdimat keçirəcək.
AR Ali Məhkəməsinin hakimləri
1. Cəfərov Ilham (AM Cinayət Kollegiyası)
2. Quliyev Zakir (AM Inzibati-Iqtisad Kollegiyası)
3. Əhmədova Mehparə (AM Mülki Kollegiyası)
4. Mirzəliyev Əsəd (AM Mülki Kollegiyası)
AR Apelyasiya Məhkəməsinin hakimləri
5. Qasımov Faiq (Bakı AM Cinayət Kollegiyası)
6. Məmmədov Qail (Bakı AM Cinayət Kollegiyası)
7. Səfərov Rizvan (Bakı AM Cinayət Kollegiyası)
8. Tağızadə Mirzə (Bakı AM Inzibati-Iqtisad Kollegiyası)
9. Zeynalov Zeynal (Şirvan AM Cinayət Kollegiyası)
AR Ağır Cinayətlərə dair Işlər üzrə Məhkəməsi
10. Hakim Allahverdiyeva Ramella
Səbail rayon məhkəməsi
11. hakim Əhmədov Rauf
Abşeron rayon məhkəməsi
12. hakim Kərimli Ilham
Nərimanov rayon məhkəməsi
13. Hüseynov Turqay
Balakən rayon məhkəməsi
14. Kazımov Rafiq
“Yaxşıların yaxşısının” seçilməsi prosesi davam edir. Yanvarın 25-də proses yekunlaşacaq və ictimaiyyətə kimin qalib gəldiyi və SDI-nin “zolaqlı mantiyanı” kimə göndərdiyi haqqında məlumat veriləcək.