Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir. Seçkinin ikinci turunda hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla müxalifət lideri Kamal Kılıcdaroğlu mübarizə aparır.
Mayın 14-də seçkilərin birinci turu keçirilib. Namizədlərdən heç biri qalib gəlmək üçün lazım olan 50% səs toplaya bilməyib. Seçicilərin 49,5%-i Ərdoğana, 45%-i Kılıcdaroğluna səs verib.
Seçkidə 5 faiz səslə üçüncü olmuş millətçi namizəd Sinan Oğan ikinci turda öz tərəfdarlarını Ərdoğana səs verməyə çağırıb.
Mayın 28-də keçirilən ikinci tur seçkilər Türkiyə cümhuriyyət tarixinin ən gərgin seçkilərindən biri hesab olunur. Beləki Türkiyəki bu seçkilər ölkənin cənub-şərqində 50 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələnin nəticələri də daxil olmaqla bir sıra narahatlıqlar dövrünə təsadüf edib.
Ötən il Türkiyədə inflyasiya 80%-i keçib. Ərdoğanı tənqid edənlər onun yenidən seçiləcəyi təqdirdə ölkənin nəhayət avtokratiyaya çevriləcəyindən ehtiyat edirlər.
Azadlıq radiosu