Bakının Yasamal rayomu, Əbdülvahab Salamzadə küçəsi 126 A ünvanında yerləşən hündürmərtəbəli binanın sakinləri orada lift olduğu halda, ondan istifadə edə bilmirlər. “Grand Hayat” yaşayış kompleksinin işçiləri lifti bloklayaraq, sakinləri istifadə etməyə qoymur. Nəticədə 16-cı mərtəbədə yaşayan azyaşlı uşaqlar günlərdir ki, məktəbə, bağçaya gedib-gələrkən əziyyət çəkir.
Sakinlərin bildirdiyinə görə, “GUVENLI SERVIS MANAGEMENT” MTK (əvvəlki adı “Grand Hayat” MTK) uzun müddətdir ki, onları süründürür, mənzillərinə çıxarış ala bilmələri üçün lazım olan sənədləri də vermir. Səbəb də budur ki, tikinti şirkəti onlardan artıq ödənişlər tələb edir, sakinlər isə bunu ödəməyə razılaşmır:
“Məsələn, qaz sayğacı üçün 800 manat pul tələb edirlər. Halbuki, qanuna görə, fiziki şəxs olan istehlakçılar üçün sayğac təchizatçı müəssisənin vəsaiti hesabına təchiz edilir və quraşdırılır…”
Sakinlərdən bəziləri şirkəti məhkəməyə verib.
Azadliq.info