“Dinc etiraz hüququ və müstəqil media azad cəmiyyətin sütunlarıdır”.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin bu gün bir qrup fəalın Bakıda, Fəvvarələr Meydanında keçirdiyi etiraz aksiyası ilə bağlı bəyanatında deyilir.
“May ayının 14-də dinc etiraz aksiyasının dağıdılması, Bəxtiyar Hacıyev və Aytən Məmmədova kimi bloger və jurnalistlərin son zamanlar məruz qaldığı zorakılıq hadisələri bu hüquqların müdafiəsini sual altına qoyur. Bütün zorakılıq iddiaları hərtərəfli şəkildə araşdırılmalıdır” deyə bəyanatda bildirilir.