Moskvanın Ən böyük mehmanxanalarından biri, “Radisson Slavyanskaya” satılıb. Rusiya KIV-in yazdığına görə, “Radisson Slavyanskaya” hərracda ilk cəhddəcə 5,27 milyard rubla, təxminən 170 milyon dollara satılıb.
Adıgedən mehmanxananı isə əslən Quba yəhudiləri olan Zarax Iliyev, Qod Nisanov və Telman Ismayılov üçlüyünün aldığı deyilir.
Zarah Iliyev və Qod Nisanov bu mehmanxanadan başqa “Evropeyskiy” və Ukrayna mehmanxanalaırın da sahibidirlər. Telman Ismayılov isə Moskvada otel biznesinə təzə başlayıb və bir qədər əvvəl Kremlin yaxınlığında, Nikitinski Bulvarda ona mehmanxana tikmək üçün yer ayırıblar.
Yeni oteli sahəsinə görə, Moskvada Ən böyüklərindəndir. Otelin içərisinin ümumi sahəsi 60,523 kv.metr, həyətyanı sahəsi isə 3,24 hektardır.
Burda ən maraqlı məqam vaxtı ilə Kreml tərəfindən Moskvadan qovulmuş Telman Ismayılova qarşı yenidən bu qədər diqqət göstərilməsidir.