Milli Şuranın sədri, professor Cəmil Həsənli
1918-ci ilin May ayının 28-də Respublikanın (Cümhuriyyətin) elan edilməsi Azərbaycan xalqının böyük tarixi nailiyyəti idi. Buna görə həmin gün millətimizin tarixinə Respublika günü kimi daxil olmuşdu. İndi onun adını dəyişdirib Müstəqillik Günü qoymaq istəyirlər. Səbəbsiz deyil. Görünür hansısa niyyətləri var.
Ölkədə 1990-cı ildən indiyə qədər mayın 28-i Respublika Günü kimi qeyd edilib. İndi nə baş verib ki, “Respublika” ifadəsindən imtina edirlər. Respublikanın alternitivi monarxiyadır. Respublika sözünün mənası xalqa xidmət demikdər. Faktiki olaraq Əliyevlər özlərinə, öz ailələrinə xidmət edir, ölkənin sərvətlərin şəxsi varlanmaq subyektinə çevrir, ofşor krallığı yaradıblar. xarici mülklərini belə kral ailəsinə satır, ölkədə ailə monarxiyası qurublar.
Gənc şahzadənin artıq Londonda qiyməti yüz milyonlarla ölçülən 17 mülkü var, hakim ailənin millətdən oğurladığı pullar hesabına aldığı London mülkələrinin aşkarlanan dəyəri 700 milyon dollar ətrafındadır. Respublika quruluşu məhz belə oğurluqların qarşısını almaq üçündür. Respublikada belə şey ola bilməz. Olsa da sabah kimsə onun geri qaytarılması fikrinin başından keçirə bilər. Belə şeylərin qarşısnı almaq üçün monarxiyaya gedən yolu təmizləmək lazımdır. Bu yolda ilk və böyük maneə RESPUBLİKADIR. Məhz bu ifadəni və onun atributlarını xalqın yaddaşından silmək istəyirlər.
Milləti ailə monarxiyasına adaptasiya etmək istəyirlər. Bir şəxsin prezidentliyinə qoyulan məhdudiyyətləri də addım-addım bu formada qaldırıb ömürlük bir şəxsin idarəçiliyə yol açdılar, bir ailənin əbədi idarəçiliyinə “hüquqi” zəmin yaratdılar. 28 May ölkəmizin taleyində və tarixində Respublika üsul idarəsinin doğuşu günüdür, Respublikanın ad günüdür, təvəllüd tarixidir. İndi ölkəni bu tarixdən məhrum etmək istəyirlər. Respublika ifadəsindən imtina monarxiyanın rəsmiləşdirilməsinə yol aça bilər. Bunu etmək olmaz, buna getmək yolverilməzdir.