Tarixin şərəfli səhifəsi bu günün döyüşçüsü, sabahın ümidi!
AXCP sədrinin müavini Seymur Həzi
Müasir Azərbaycan tarixinin ən şərəfli təşkilatının, Azərbaycan Xalq Cəbhəsinin 32 yaşı tamam olur. Xalq Cəbhəsi tarix üçün qısa müddət sayılan 32 ildə Azərbaycanın Sovet imperiyasından qopmasında və müstəqil dövlət kimi bərkiməsində hakimiyyətdə olduğu dövürdə də müxalifətdə olduğu dövrdə də canı, qanı yetişdirdiyi liderləri, övladları ilə mübarizə aparmış, qurbanlar vermişdir.
Hakimiyyətdə olduğu dövürdə apardığı islahatlar təhsildə, iqtisadiyyatda, maliyyə siyasətində dövrünün ən qabaqcıl addımları kimi tariximizə düşmüşdür. Siyasi sahədə isə təkrarolunmaz azadlıqlar yaratmışdır.
Məhz Xalq Cəbhəsinin barışmaz siyasəti nəticəsində Azərbaycanı Orta Asiyanın yurtalarına çevirmək mümkün olmamışdır.
Vətən uğrunda hər iki savaşda şəhidlər, cəngavər döyüşçülər yetirdiyi kimi demokratiya uğrunda siyasi məhbuslar, əzmli mübarizlər, iradəli və parlaq liderlər yetişdirmiş onların arxasında sonsuz və tükənməz iradə ilə durmuşdur. Xalq Cəbhəsi vətən və insanlıq uğrunda bütün savaşların ön cəbhəsi olub, olacaq və olmaqdadır. Əbülfəz Elçibəyin liderliyində Sovet İmperiyasına qarşı mübarizə indi Əli Kərimlinin liderliyində onun imperiyanın ideya qalıqları, demokratiyanın və humanizmin yağı düşmənləri ilə davam edir. Xalq Cəbhəsi dünənin şərəfli tarixi, bu günün müdrik və cəngavər döyüşçüsü, gələcəyin ümid çırağı bir təşkilatdır. Bütün vətən və demokratiya şəhidlərini hörmətlə anır, əzmkar cəbhəçiləri ürəkdən təbrik edirəm!