ABŞ-da yaşayan keçmiş Sovet kimyaçısı, Noviçok zəhərli maddəsini hazırlayanlardan biri Vil Mirzayanov “Dojd” telekanalında Aleksey Navalnıdan üzr istəyib.
“Mən bu cinayət biznesində-onun zəhərlənməsinə səbəb olan zəhərli maddənin hazırlanmasında iştirak etdiyimə görə, Navalnıdan çox-çox üzr istəyirəm” deyə o bildirib.
Kimyaçı alim Navalninin sağalması üçün təxminən bir il vaxt lazım olacağını deyib.
“Görünür, o, bütün simptomları aşdı, sağ qaldı. Göründüyü kimi Navalnı səbr etməlidir. Ancaq nəticədə sağlam olmalıdır” deyə Mirzayanov vurğuayıb.
Mirzayanovun sözlərinə görə, Navalnının lövhəyə söz yazmağın mümkünsüzlüyü ilə bağlı danışdığı, bu beyindən funksional orqanlara siqnal ötürülməsi problemləri ilə əlaqədardır. Çünki Noviçokun molekulları bu cür siqnalların ötürülməsində məsul olan zülalın parçalanmasının qarşısını alır. “Alman Dalğası” radiosu alimin bu açıqlamasına diqqət çəkib.
Azadlıq radiosu