AXCP Mingəçevir şöbəsinin fəalı Ceyhun Rzayev şəxsi avtomobilində Tofiq Yaqubluya azadlıq tələbi ilə aksiya keçirib. Bu fərdi aksiya da rejimi narahat edib. Polislər Ceyhun Rzayevi aksiyaya görə saxlayaraq şəhər polis şöbəsinə aparıblar.
Ceyhun Rzayev bir neçə ay əvvəl Mingəçevir şəhərində Rəsulzadə ilə bağlı aksiya keçirtdiyinə görə inzibati həbsə məhkum edilmişdi.
Ceyhun Rzayev 60 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb.