Azərbaycan Ordusunun əsgəri minaya düşüb. ANS PRESS-in məlumatına görə, hadisə Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında qeydə alınıb. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində minanın partlaması nəticəsində Milli Ordunun əsgəri, 19 yaşlı Mahir Tahir oğlu Zərbiyev ağır yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.
Yaralanmış əsgərin vəziyyəti stabil ağırdır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə faktı təsdiqləyiblər.
M. Zərbiyev 2011-ci ildə Yardımlı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.