14 iyul Qarabağ yürüşünə görə saxlanan və barəsində cinayət işi açılan AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanovu günahsız həbs etməklə ürəkləri soyumayıb. Bu gün 5 nəfər şəxs özlərini rəsmi şəkildə təqdim etmədən onun evində axtarış aparıb. B.İmanovun həyat yoldaşı evə baxış üçün rəsmi icazə kağızı tələb edib və Baş Prokurorluğun rəsmi sənədi təqdim edildikdən sonra evə baxış keçirilib. Gələnlərdən biri özünü onun müstəntiqi kimi təqdim edib, 5 nəfərin arasında sahə müvəkkili də olub. Axtarış nəticəsində evdən kaset və “fləşkart” götürülüb. Müstəntiq B.İmanovla Kürdəxanıda görüşdüyünü və onun geyim paltarları istədiyini deyib. Gələnlər paltraları çatdıra biləcəklərini desələr də, həyat yoldaşı razılıq verməyib. O, vəkillə niyə görüş verilmədiyini soruşub və bildiriblər ki, vəkil bu gün onunla görüşə biləcək.
Xatırladaq ki, Bəxtiyar İmanov 14 iyul yürüşündə iştirak etməsə də, 16 iyul tarixində evindən aparılıb və barəsində 3 maddə ilə cinayət işi açılıb.