Dövlət hakimiyyəti öz funksionallığını və səmərəliliyini itrib
AXCP RH üzvü Fuad Qəhrəmanlı
Koronavirus yetişməkdə olan sistem böhranını bütün gerçəkliyi ilə üzə çıxardı. Bəlli oldu ki, dövlət hakimiyyəti öz funksionallığını və səmərəliliyini itrib.
Bu səbəbdən də istər neft qiymətlərinin ucuzlaşması nəticəsində yaranan maliyyə çatışmazlığına, istərsə də COVİD-19 virusunun yayılması üzündən yaranan gərgin vəziyyətə adekvat reaksiya verilmədi.
Problemin kəskinliyi həm də onda üzə çıxdı ki, sistem böhranı korrupsiyalaşmış və səriştəsiz kadr siyasəti ilə səmərəsini itirmiş dövlət hakimiyyəti inistutları ilə məhdudlaşmadı. Vətəndaş cəmiyyəti və iqtisadi sistem kleptokratik hakimiyyətin uzantısı kimi fəaliyyət göstərdiyindən, anoloji böhran bu sahədə də büruzə verdi. Müstəqiliyin olmaması, məmur oliqarxiyasının iqtisadi və inzibati patronajlığı, inhisarçılıq, monopolizm, azadlıqların məhdudluğu, hüquqi mexanizmlərin gücsüzlüyü, müstəqil vətəndaş cəmiyyəti inistitutların sıradan çıxarılması cəmiyyətin immun sistemini əhəmiyyətli şəkildə zəiflətdi. Ona görə də hakimiyyətin səriştəsizliyi və səmərısiz fəaliyyətini toplum olaraq daha kəskin şəkildə öz üzərimizdə hiss etməkdəyik.
Sistem böhranı əsasn 3 istiqamətdə nəzərə çarpır:
- Dövlət hakimiyyəti ilə xalq arasında dialoq, əlaqə, əks-əlaqə, etimad demək olar ki, itib. Cəmiyyət hakimiyyətin çağrışlarına, qərarlarına hörmət duymur, inanmır. Hakimiyyət də xalın tələb və istəklərini görməzdən gəlir, ictimai məsuliyyət hiss etmir, öz merkantil maraqlarını açıq aşkar daha üstün tutur.
2.Dövlət hakimiyyət qrumlarının böhran dövründə səmərəli və operativ qəraralar verə bilmədikləri bəlli oldu. Koronavirusa görə karantinlə bağlı ard- arda səhv qərarlar verildi, karantin rejiminə dair tələblər səmərəli yerinə gətrilə bilmədi. Ötən müddətdə səhiyyə sistemindəki çatışmazlıqların qabarıq üzə çıxması və virusla bağlı lazımi hazırlıqların görülə bilməməsi ciddi narazılığa zəmin yaradır. Artıq bu sahədə elə bir vəziyyət yaranıb ki, dövlət başçısı səviyyəsində “biz bundan artıq daha heç nə edə bilmərik” deyilib, başlı başını saxlasın vəziyyətinə düşdüyümüz eturaf olunur. Eləcə də karantin dövründə işsizlərə sosial yardımların göstərilməsi ilə bağlı yaranmış problemlər, sahibkarlığa dövlət dəstəyinin nəhəng korrupsiya ilə müşahidə olunması, pandemiyyaya görə ayrılan vəsaitlərin aqibətinin bilinməməsi və bu günə qədər böhranla bağl hər hansı iş planının və əsaslandırılmış qərar mexanizmlərinin yoxluğu və s. sitem böhranının simptomlarıdır. - Hakimiyyəti təmsil edən kadrlarla bağlı ard- arda korrupsiya faktlarının ortaya çıxması və buna görə də heç bir hüquqi addımın atılmaması iqtidarın legitimliyini ciddi şəkildə sarsıdıb. Bu cür yanaşma, ayrı- ayrı məmurları cəzalandırmaq yolu ilə hakimiyyətin özünü təmizə çıxarmaq cəhdlərini boşa çıxarıb, bütövlükdə korrupsiyanın məsuliyyətini rejimin üzərinə qoyur. Bu da iqtidara qarşı ictimai etirazı daha da gücləndirir. Digər tərəfdən də siyasi ideoloji tükənmişlik, hakimiyyətin ictimai rəyə təsirini tam itirməsini və təcridini gücləndirib. Problemləri etiraf etmək yerinə uydurma işlərlə bağlı bayağı tərif ritorikasından əl çəkə bilməmək, real islahatlar getmədən imitasiya ilə xalqa absurd yalanlar söyləmək, siyasi rəqiblərin tənqidlərinə qarşı arqumentli cavab yerinə siyasi həbslər və jarqonla müdafiə olunmaq cəhdləri, ictimai rəyə təsir göstərəcək heç bir platformada polemikaya girə bilməmək, açıq-aşkar zora güvənmək siyasi və mənəvi iflasın göstəricisidir.
Belə bir vəziyyətdə hakimiyyət getdikcə özünü daha çox zorakılıqdan aslı hala salır. Lakin bu zorakılıqıa xof yaratmaq cəhdi bir müddətdən sonra öz təsir gücünü itirməyə başlayır. Biz bunun simptomlarını Yasamal hadisələrində aydın gördük.