Ilham Hüseyn
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Amma bu ölkənin uşaqları yerli müdafiədən də məhrum edilib. Milyardlarla dolların dövr etdiyi ölkədə uşaqpulu verilmir. Uşaqpulu tələb edənləri isə şərləyib həbs edirlər, ləkələməyə çalışırlar.
Bu ölkədə onlarla ləyaqətli insan nahaqdan zindana salındığı üçün uşaqlarına həsrət qalıb. Bu ölkədə onminlərlə insan dolanışıq üçün ölkə xaricinə pənah aparıb və buna görə də uşaqlarından ayrı düşüb. . Aqilin, Talehin, Babəkin və digər şərlənmişlərin övladlarının ahı kabusunuza çevriləcək.
Bu ölkədə nəinki uşaqların, heç gənclərin və yaşlıların da günü yoxdur.
Bu ölkənin uşaqları yaltaqlığı, rüşvəti, saxtakarlığı, hüquqsuzluğu görür və bu “dəyərlər”lə böyüyür.
Bizdə uşaqları müdafiə etmirlər, səfalətlə uşaqların üstünə hücum çəkirlər.
“Uşaqlar bizim gələcəyimizdir” deyə-deyə, uşaqların bugünün oğurlayıblar. Uşaqların haqqının oğurlandığı ölkədə, uşaqların günü qara rəngdədi.
Amma bu ölkədə uşaqların həqiqi müdafiəsinin, uşaqlara həqiqi qayğının, vətəndaşa səmimi sevginin günü olacaq.
Mütləq olacaq!
Ataların şərlənmədiyi günlər gələcək.
Mütləq gələcək!
Anaların uşaqlarının taleyindən narahat olmadığı sistem qurulacaq.
Mütləq qurulacaq!