AND Hərəkatının Bəyanatı
Azərbaycan Naminə Demokratiya – AND Hərəkatı Bakı şəhər İcra Hakimiyyətinin Milli Şuranın 19 oktyabr 2019 – cu il tarixinə təyin olunmuş mitinqinə icazə verməməsini sərbəst toplaşmaq azadlığına qəsd hesab edir. Azərbaycan hakimiyyəti Konstitusiyasının 49 -cu maddəsinin tələblərini pozmaqla ölkə vətəndaşlarının dinc şəkildə etirazlarını ifadə etmə imkanlarını əlindən almışdır.
AND Hərəkatı Azərbaycanın dövlətinin xaricdə imicinin korlanmasını arzulamayıb. Azərbaycanın daxili problemlərinin ölkəiçi vasitələrlə həllində maraqlı olub. Amma Əliyevlər hakimiyyətinin Milli Şuranın 19 oktyabr 2019 – ci tarixli mitinqinə təyin olunmuş yerdə icazə verməməklə dövlət qarşısında məsuliyyətsizlik etdi, faktiki qarşudurma yolunu seçdi, ölkə vətəndaşlarının Konstitusiyayla qorunan hüquqlarına qəsd etmiş oldu. Bununla da, Azərbaycan hakimiyyəti sərbəst toplaşmaq azadlığının beynəlxalq vasitələrlə bərpa edilməsi üçün legitim əsaslar yaratmış oldu.
Ölkədaxili mübarizə imkanlarının məhdudlaşdırıldığı şəraitdə Azərbaycan siyasi mühacirətinin üzərinə ciddi məsuliyyət düşür. Azərbaycan siyasi mühacirətinin öndə gedən təşkilatı kimi AND Hərəkatı Avropa şəhərlərində olan Azərbaycan səfirliklərinin önündə etiraz aksiyalarına başladığını bəyan edir və bütün mühacir təşkilatlarını bu prosesə qoşulmağa çağırır.
Strasburq, 16 oktyabr 2019