PA rəhbəri rəqiblərindən «Gülər Əhmədova olayı»nın qisasını almaq istəyir
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev yaxın ətrafına rəqiblərilə bağlı xüsusi göstəriş verib. Bu barədə “Azadlıq”a məlumat hakimiyyət daxilindən sızıb. Məlumatda deyilir ki, “Gülər Əhmədova olayı”ndan Ramiz Mehdiyevə qarşı istifadə edilməsi PA rəhbərini hiddətləndirib.
Onun bu məsələyə münasibət bildirməsi zərurəti də buradan yaranıb və Ramiz Mehdiyev kifayət qədər sərt şəkildə baş verənləri pisləyib. O, həmçinin adının hallandırılmasını da özünə qarşı təxribat olduğunu bəyan edib. Bundan sonra PA rəhbəri yaxın ətrafını toplayaraq rəqiblərinə hücuma keçməyi tapşırıb. Məlumatda iddia olunur ki, yaxın günlərdə Ramiz Mehdiyevin nəzarətində olan KIV-də PA rəhbərinin rəqiblərinə barədə müəyyən materiallar dərc olunacaq.
Məlumat üçün deyək ki, Gülər Əhmədova ilə bağlı rüşvət videosunun ictimailəşməsinin kökündə Ramiz Mehdiyevin “vurulması” amilinin dayandığı iddia edilirdi. Bildirilirdi ki, PA rəhbərinin rəqibləri bu məsələni şişirdərək onun istefaya göndərilməsinə çalışıb.
Namiq