Azərbaycan kürüsü AŞPA-nın müstəqilliyi üçün təhlükədir
“Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvlərinin öz həmkarlarını qara kürü ilə ələ aldıqları doğrudursa, bu, tamamilə qəbuledilməzdir”. Bu sensasiya doğuran bəyanatı cümə axşamı keçirilən mətbuat konfransında Avropa Şurasının baş katibi Turbyern Yaqland jurnalistlərin suallarına cavabda bildirib.
Onun sözlərinə görə, “parlament də, onun üzvləri də müstəqil olmalı və təşkilatın adından fəaliyyət göstərməli, onun standartlarını və dəyərlərini müdafiə etməlidir. Buna görə bu, qəbuledilməzdir”.
Belə halları araşdırmaq imkanları barədə danışan baş katib qeyd edib ki, AŞPA-nın işinə müdaxilə edə bilməz. Bu, müstəqil orqandır, deyə o fikrini yekunlaşdırıb.
Qeyd edək ki, bu ilin yayında bir qrup AŞPA deputatı həmkarlarının Azərbaycan nümayəndə heyəti tərəfindən ələ alınması faktları barədə xüsusi məruzə hazırlayıb (contact.az).