AXCP sədri Əli Kərimli və Müsavat başqanı Isa Qəmbər dünən Avropa Yaşıllar Partiyasının nümayəndə heyətilə görüşüb. Müsavat Partiyasının qərargahında baş tutan görüşdə Avropa Yaşıllar Partiyasının baş katibi Caklin Cremers, Almaniya Yaşıllar Partiyasının büro rəhbəri Mixael Şarfşerdt və Macarıstan Təbiəti Mühafizə təşkilatının rəhbəri Erzebet Şmuk iştirak edib.
Görüş zamanı Azərbaycandakı siyasi, sosial, iqtisadi durum, həmçinin ekologiya sahəsindəki vəziyyət müzakirə mövzusu olub. Bundan başqa, Azərbaycanın Avropaya inteqrasiyasıyla bağlı fikir mübadiləsi aparılıb, təşkilatlar arasında əlaqələrin gücləndirilməsi məqsədəuyğun hesab edilib.