Ölkədə seçki mühiti, seçki ovqatı olmasa da, saytların əsas xəbər başlıqları, paytaxtda keçirilən müxtəlif tədbirlərin, dəxli olmasa belə, mövzusu seçki olur. Kim nə danışsa, kim nədən yazsa, bir ucu seçkiyə calanmalıdır. Hələ çoxları ölkədə nə baş verdiyindən xəbərsizdir, sərəncamların ard-arda düzülməsinin səbəblərini anlamaqda çətinlik çəkir. Hələ mövqeyini müəyyənləşdirməyən siyasətçilər, partiya sədrləri var. Məsələn, deputat, həm də partiya sədri Fazil Mustafa deyib ki, parlamentdə təmsil olunan müxalifət(?!) partiyasının nümayəndəsinin prezidentliyə namizədliyinə dəstək verəcək, həm də partiya olaraq. Partiya ha… Bizdə parlament yoxdur, onda qala orada müxalifətin təmsilçiliyinə… çox zarafatcıldılar. Ancaq Fazil Mustafanın MSK sədri Məzahir Pənahova çatmağına, görünür, hələ xeyli var. Elə Məzahir müəllimdən başlayaq, söz də talonla deyil ki. Çünki seçkili günlərimizin ən unikal başlığı ondan gəlib.
- Məzahir Pənahov: “Demokratiya ümumbəşəri dəyərdir”
- Zeynal Nağdəliyev: “Prezident İlham Əliyev seçkilərlə bağlı icra hakimiyyəti orqanları qarşısında ciddi tələblər qoyub”
- Fazil Mustafanın partiyası başqa namizədə dəstək verəcək
- Baş prokurorun birinci müavini: “Prezident seçkilərində hamımız vicdanla, namusla işləməliyik”
- Ombudsman Elmira Süleymanova: “Əlilliyi olan insanların da seçkilərdə iştirakı üçün lazımi şərait yaradılıb”
- MSK sədri: “Azərbaycanda seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitlik var”
- MDB-nin uzunmüddətli müşahidə missiyası prezident seçkilərini izləmək üçün Azərbaycana martın 20-də gələcək
- Prezidentin köməkçisi: “Vəzifəmiz ondan ibarətdir ki, seçkilər şəffaf keçirilsin”
- YAP imzatoplama kampaniyasına başlayıb
- Azərbaycanda prezidentliyə namizədliklərinin irəli sürülməsi təsdiq olunanların sayı 13-ə çatdı
- MSK Katibliyinin müdiri: “Prezident seçkilərinə beynəlxalq təşkilatların marağı böyükdür”
- Konstitusiya Məhkəməsinin sədri: “Sabitlik imkan verir ki, seçkilər şəffaf keçirilsin”
- Deputatlarımız Rusiyada seçki monitorinqində iştirak edəcəklər
- Prezident seçkilərində müşahidəçilərin sayı 24-ə çatıb
- ATƏT DTİHB-nin seçki ilə bağlı ilkin missiyası Bakıya gəlir
- Daxili işlər nazirinin müavini: “Qeyri-qanuni, razılaşdırılmamış tədbirlərin qarşısı qətiyyətlə alınacaq”
- Şəhid ailəsi üçün Prezident təqaüdü artırılıb
- Müharibə əlilləri üçün Prezident təqaüdünün məbləği artırılıb
- Arif Babayev “Şərəf” ordeni ilə təltif edilib
- Müvəqqəti işlər vəkili: “Həm Rusiyada, həm də Azərbaycanda seçicilərin doğru seçim edəcəklərinə inanırıq”
- Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı…
Azadliq.info