Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində “Kamaz“ markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.
FHN-nin yaydığı məlumata görə, hadisə nəticəsində minik avtomobilində olan 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Qəza yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.