Alaa Namiq 9 il əvvəl baş verənlərə qayıdıb
İraqın asılmış diktatoru Səddam Hüseynin koalisiya qüvvələrinin ölkəyə girməsindən sonra müxtəlif yerlərdə gizlənməsinə yardım edən 41 yaşlı Alaa Namiq adlı iraqlı “The Washington Post” qəzetinin müxbirinə o dönəmdə baş verənləri danışıb. Səddama gizlənməsi üçün kömək edəm Alaa Namiq İraq diktatorunun ondan necə yardım istəməsini və gizlənmək məqsədiylə qazılan quyunun necə qazdığını bildirib.
Səddamın doğulduğu Tiqrit şəhərinə yaxın bir yerdə restoran işlədən Namiq diktatorun onun evinə gələrək kömək istədiyini, ancaq həbs olunma və cəzalandırılma risqinin olduğunu söylədiyini deyib. Lakin Alaa Namiq bu riskə baxmayaraq ərəb ənənəsinə uyğun olaraq özündən kömək istəyən birini geri çevirməyib. Namiq ailəsi Səddamı əvvəl Tiqritə yaxın müxtəlif evlərdə gizlədib. Daha sonra Namiq və qardaşı Qeys evlərinin yaxınınlığında xəndək qazıblar. Səddam Hüseyn də həmin xəndəkdə gizlənib və həyat yoldaşına, qızına məktublar yazarırmış. Həyat yoldaşı və qızı ilə görüşməsi isə mümkün olmayıb.
Amerikalıların İraq işğalından 9 ay sonra Səddam Hüseyn gizləndiyi yerdə ələ keçdi. Ona yardım edən Alaa Namiq və qardaşı da həbs olunmuşdu. Onlar qorxunc işgəncələri ilə bilinən Əbu Qreyb həbsxanasında 6 ay saxlanıldıqdan sonra azadlığa buraxılıblar.