Üç məmur yanğına görə ciddi problem yaşaya bilər
İlham Əliyev Londondan Bakıya qayıtdıqdan sonra ilk olaraq Heydər Əliyev Mərkəzinə baş çəkib. Məlumat üçün deyək ki, mərkəzdə yanğın baş verən zaman İlham Əliyev ölkədə olmayıb.
Heydər Əliyev Mərkəzində ölkə başçısını baş vermiş yanğının nəticələrinin aradan qaldırılması yönündə görülən işlərlə tanış olub və müvafiq göstərişlər verib. Ilham Əliyev həmçinin faktla bağlı başladılan cinayət işilə maraqlanıb.
Məlumatlara görə, ölkə başçısı məsələni ciddi araşdırmağı tapşırıb. Bu tapşırıq təbii ki, yanğınla bağlı irəli sürülən mülahizələrdən qaynaqlanır. Bəzi mülahizələrə görə, Heydər Əliyev Mərkəzinin yanması təsadüfi deyil. Ehtimal olunur ki, bu hadisə təxribatdır.
Onu da qeyd edək ki, mərkəzdəki yanğın bəzi məmurlar üçün ciddi başağrıya çevrilə bilər. Bu sırada xüsusilə əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovun və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və milli təhlükəsizliyi naziri Eldar Mahmudovun adını çəkmək olar. Heydər Əliyev Mərkəzini “DIA Holding” inşa etsə də, tikintiyə dövlət nəzarətini Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi həyata keçirib. Kəməladdin Heydərova gəlincə, əgər adi qaynaqdan yanğın baş veribsə, deməli, obyektin yanğın təhlükəsizliyi qaydasında olmayıb. “Fövqəlnazir” isə buna göz yumub. Ilham Əliyevin bu hadisəyə çox ciddi yanaşdığını nəzərə alsaq, Kərəm Həsənovla Kəmaləddin Heydərovun cəzalandırıla biləcəyini söyləmək olar. Eldar Mahmudov isə hadisə baş verən gün orada olmayıb. Bu isə ölkə başçısını hiddətləndirib.
Hikmət