Tacikistanda faktiki vətəndaş müharibəsi vəziyyəti yaranıb. Tacik ordusu Dağlıq Bədəxşan muxtar vilayətində general Abdulla Nəzərovun ölümündə əli olanların saxlanması məqsədilə hərbi əməliyyatlar keçirir. Son məlumatlara görə, tacik ordusu ağır itkilər verir.
Vertolyotlar vasitəsilə Xoroq şəhərindən paytaxt Düşənbəyə ağır yaralanmış əsgərlər daşınılmaqda davam edir. Rəsmi mənbələr artıq 8 əsgərin gətirildiyini, 60 yaralını qarşılamağa hazır olduqlarını bildirib. Dağ komandirləri ilə döyüşlər aparan hökümət qoşunlarının 100-dən çox əsgəri həlak olub. 100-dən çox mülki vətəndaşın öldürüldüyü bildirilir. Hökümət şəhəri havadan bombalayır.
Dağlıq Badaxşanda əvvəlki kimi bütün rabitə əlaqələri kəsilmiş vəziyyətdə qalır. Müşahidəçilər hökümətin keçirdiyi hərbi əməliyyatı antiterror əməliyyatından daha çox qorxutmaq aksiyasına bənzədirlər.
Dağlıq Badaxşan sakinləri regiondakı korrupsiyalaşma ilə bağlı mərkəzi hökümətdən narazılıqlarını bildiriblər. Yerli dağ komandirlərinin hökümət məmurlarından daha avtoritə sahib olması rəsmi Düşənbəni hər zaman qıcıqlandırıb. Yerli komandir Ayombekov təslim olmaqdan imtina edib.
Dağlıq Bədəxşanın yerli xalqı olan pamirlilər Tacikistanın Moskvadakı səfirliyi qarşısında aksiya keçiriblər. Onlar hakimiyyəti etnik təmizləmədə ittiham edirlər.
azadliq.info