Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 33 m² olan tikilinin yanar konstruksiyaları 7 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.