Sonuncu instansiya məhkəməsi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin yaxın ətrafına məxsus 1,5 mlrd. dolların müsadirə edilməsinə icazə verib.
Məhkəmənin qərarına əsasən, Yanukoviç və komandasının 1,5 mlrd. dolları dövlət büdcəsinə keçirilməlidir.
Söhbət Oşadbankdakı hesabda saxlanılan pullardan gedir. Ukrayna mətbuatının məlumatına görə, Oşadbankda keçmiş prezident Yanukoviçin və keçmiş baş nazir Nikolay Azarovun bir milyard dollardan çox vəsaiti saxlanılır.
Fizzə