Avropa Birliyi, ABŞ, NATO və bəzi balkan ölkələri etirazçıların Makedoniya parlamentinə hücumunu və deputatlaeı döyməsini pisləyib.
Parlament çoxluğunun sədri, hücum zamanı xəsarət alan Zoran Zayev Makedoniya prezidenti Corge İvanovla görüşməkdən imtina edib. Prezident ölkədə 2 ildir davam edən siyasi böranın aradan qaldırılması üçün danışıqlar çağırıb.
Avropa diplomatiyasının rəhbəri Federika Mogerini son hadisələri narahatedici və kədərli adlandırıb.
Xatırladaq ki, etnik alban Talat Haferi spiker seçiləndən sonra etirazçılar parlament binasına daxil olaraq bir neçə deputatı döyüb.
Fizzə