Malta məhkəməsi baş nazir Cosef Muskatın bloqqer Dafni Karuana Qalizianın əleyhinə böhtan maddəsi ilə məhkəmə işinin başladılması tələbini rədd edib.
Baş nazirin adminstrasiyasının yaydığı açıqlamada bildirilir ki, “Cosef Muskat məhkəmənin qərarından məyusdur, buna baxmayaraq, qərara hörmət edir və əməkdaşlığa açıqdır”.
Qalizia iddia edir ki, baş nazirin xanımına məxsus “Egrant” Panama şirkətinə Azərbaycan prezidentinin qızı Leyla Əliyevanın Dubay qeydiyyatlı ofşor şirkətindən 1.017 milyon dollar pul köçürülüb.
Maltanın məhkəmə istintaqı ittihamları araşdırır.
azadliq.info