Aprelin 25-də Milli Məclis “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər edib. Dəyişikliklər ali inzibati və yardımçı vəzifələrin yeni dairəsini müəyyən edir.
Yeniliklər birinci vitse-prezidentin fəaliyyətini təmin edən strukturların, vəzifəli şəxslərin dairəsinin və digər məsələlərin müəyyən edilməsi ilə bağlıdır.
Parlament qanuna edilən dəyişikliklərin mətnini öz saytında açıqlayıb.
Dəyişikliklər idarəetmədə yeni strukturların, inzibati və yardımçı vəzifələrin yaradılmasını nəzərdə tutur.
Qanunun 11-ci maddəsinə dəyişiklik edilir. 11-ci maddə dövlət qulluğundakı inzibati və yardımçı vəzifələrin təsnifatı ilə bağlıdır.
Dəyişiklik edilən 11.1.1.1-ci maddədə ali inzibati vəzifələr sadalanır. Yeni variantda “Prezident Administrasiyasının rəhbərinin vəzifəsi” sözləri əvəzinə “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin vəzifəsi” sözləri yazılıb.
Bundan başqa, Azərbaycanın birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi ali inzibati vəzifələr sırasına daxil edilir.
“Dövlət qulluğu haqqında” qanunun 11.1.2.1-ci maddəsi də oxşar məzmunda dəyişdirilir. Həmin maddədə birinci təsnifata aid inzibati vəzifələr sadalanır. Ora da eyni qaydada Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi vəzifəsidaxil edilir.
Bundan başqa, “Dövlət qulluğu haqqında” qanunun 11.1.3.1-ci və 11.1.4.1-ci maddələrinə də dəyişiklik edilib. Həmin maddələrdən “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası” sözləri çıxarılır. Yeni variantda “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqan” ifadəsi əlavə edilir.
Məlumat üçün deyək ki, dövlət başçısının fəaliyyətini birbaşa təmin edən orqan Prezident Administrasiyasıdır.
Siyasi şərhçilərin fikrincə, birinci-vitse prezidentin fəaliyyətini təmin edən yeni strukturun yaradılması alternariv administrasiya hesab edilə bilər. Uzun müddətdir ki, mediada hakimiyyət daxilində iki güclü qruplaşma – Paşayevlər və Naxçıvan qruplaşması arasında rəqabət getdiyi barədə iddialar səsləndirilir. Siyasi şərhçilərin ehtimalına görə, alternativ adminsitrasiyanın yaradılması bu rəqabətdən doğa bilər. Mediada səsləndirilən iddialara inansaq birinci-vitse prezidentlə administrasiyanın indiki rəhbərliyi arasında münasibətlər ürəkaçan deyil. Siyası şərhçilər də bundan çıxış edərək birinci vitse-prezidentin administrasiyanın hazırki rəhbərliyi ilə işləmək niyyətində olmadığını ehtimal edir.
Bu dәyişiklәr hәm dә Prezident Admjnistrasiyasının rәhbәri vәzifәsinin lәğvi demәkdir. Sadәcә, bunun nә dәrәcәdә formal xarakter daşıyacağı hakimiyyәt daxilindәki adları çәkilәn klanların gücündәn asılı ola bilәr. Maraqlıdır ki, bәzi hakimiyyәtyönlü saytlar bu dәyişikliklәr barәdә xәbәri mәhz Prezident Administrasiyasının vә Administrasiya rәhbәri vәzifәsinin lәğvi tәqdimatı ilә dәrc etmişdi, lakin sonradan ya tәqdimatı dәyişdilәr, ya da xәbәri tamam sildilәr vә bu saytlat Naxçıvan qruplaşmasının tәsirindә sayılır. Üstәlik, Administrasiyanın hazırkı rәhbәri Ramiz Mehdiyevә bağlı deputatlardan sayılan Zahid Oruc bu dәyişikliyin Prezident Administrasiyasının lәğvi anlamına gәlmәdiyini әsaslandırmağa tәlәsik zәrurәt dә görüb. Zahid Oruc “Qafqazinfo”ya açıqlama verərək, deyib ki, qanuna dəyişikliyin Prezident Administrasiyasının ləğv olunması kimi təqdim edilməsi yanlışdır. Mәqsәd vitse prezidentlik təsisatının fəaliyyətini həyata keçirmək üçün onun çevrəsində aparat formalaşdırmaqdır. Və orada təmsil olunan şəxslərin dövlət qulluğu kateqoriyasında ranqının hansı təsnifata, hansı ierarxiyadakı vəzifələrə uyğun olduğunu müəyyənləşdirmək üçün “Dövlət qulluğu haqqında” qanunda qeyd olunan dəyişikliklər aparılıb. Bunun nəticəsində dövlət başçısının öz səlahiyyətlərini həyata keçirməsi üçün formalaşan Prezident Administrasiyasının fəaliyyətinin ləğvindən qətiyyən söhbət getmir.
Әslindә, Zahid Orucun dediklәri dә göstәrir ki, bu dәyişiklik әn azı “ikinci administrasiya” yaratmaqla, indiki PA rәhbәrliyinin tәsir gücünü aradan qaldıracaq. Vә dövlәt orqanlarında indiki Administrasiyanın rәhbәri Ramiz Mehdiyevin daha әvvәlki qüdrәt vә sәlahiyyәtdә sayılmadığı haqda da neçә vaxtdı kluar söhbәtlәri dolaşır.
azadliq.info