Malta prezidenti korrupsiya məsələsinə medaxilə etdi
Ölkə prezidenti Mariya Luis Caleiro bütün Maltanı silkələyən korrupsiya qalmaqalından ciddi narahat olduğundan məsələyə müdaxilə etmək qərarına gəlib. Bu məsələyə münasibət bildirərkən xanım Caleiro deyib:”Malta demokratik dövlətdir və hamı qanun qarşısında bərabərdir”. Prezident məsələni şəxsən özü araşdırmaq məqsədilə Baş nazir Jozef Muskatı və müxalifətin lideri Simon Busuttili ofisinə dəvət edib. Prezidentin onlarla ayrı görüşəcəyi bildirilir. Məlumatı Malta today qəzeti yayıb.
Avropa Parlamenti Malta baş nazirini istefaya çağırdı
Maltada başlanmış korrupsiya qalmaqalı artıq Avropa siyasi dairələrində də ciddi narahatlığa səbəb olub. Azərbaycan hakimiyyəti ilə Malta rəhbərliyi arasındakı korrupsiya əlaqələri ölkədə böyük etirazlara səbəb olub. İş o həddə çatıb ki, Avropanın ən böyük partiyalar şəbəkəsi olan Avropa Xalq Partiyasının sədri Manfred Veber Maltanın Baş naziri Jozef Muskatı istefaya çağırıb. Onun verdiyi bəyanatda deyilir:”Hazırda Avropa birliyinə sədrlik edən ölkənin Baş nazirinin adının korrupsiya qalmaqalında hallanması olduqca pis hadisədir və mən cənab Muskatı yaranmış vəziyyətdən yeganə çıxış yolu olan istefaya çağırıram”. Avropa Xalq partiyası 40 ölkədən olan 76 partiyanı birləşdirir və Avropa Parlamentində 217 nəfərlik ən böyük fraksiya ilə təmsil olunur.
azadliq.info