Ali Məhkəmədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının kasassiya şikayətinə baxılacaq. Hakim Rahib Nəbizadənin sədrliyi ilə proses aprelin 25-i saat 16:00-da başlanacaq. AXCP-ni ali məhkəmədə vəkil Fəxrəddin Mehdiyev və nümayəndə Səməd Rəhimov təmsil edəcək.
2015-ci ildə AXCP-nin növbəti qurultayından sonra sədrin və Ali məclis üzvlərinin seçilməsi faktının qeydə alınmasının Ədliyyə Nazirliyinin üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsi aidiyyatı üzrə işə Apellyasiya məhkəməsində baxılması barədə qərar vermişdi. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəmənin qərarını Ali Məhkəmə qüvvədə saxladıqdan sonra Bakı Apellyasiya Məhkəməsinə müraciət olunub. Apellyasiya məhkəməsi də tutarlı əsas gətirmədən iddianı qəbul etməyib.
AXCP kasasiya şikayətinin dəlillərində bütün qanun pozuntularını qeyd etməklə Ədliyyə Nazirliyinin imtinasını tam əsassız sayır. Bu iş üzrə indiyə kimi olan məhkəmə qərarlarını isə ədalətsiz hesab edir.
azadliq.info