Türkiyənin Qaziantep şəhərində 4 il əvvəl çox maraqlı bir muzey açılıb. Muzeyin qəribəliyi həm də onun bir mağarada yerləşməsidir. Uşaqlar üçün açılan bu Oyun və Oyuncaq Muzeyi ziyarətçilərinə 24 fərqli ölkənin ənənəvi libasları və memarlıq üslubunda hazırlanmış maketlərlə dünyanın müxtəlif mədəniyyətlərini təqdim edir.
Qaziantep Bələdiyyəsi tərəfindən 4 il əvvəl açılan muzeyin yer aldığı mağara keçmişdə soyuq hava anbarı kimi istifadə edilib. Hal-hazırda mağaranın bir hissəsi uşaqlar üçün oyun və oyuncaq muzeyinə çevirilib.
TRT-nin məlumatına görə, mağarada Türkiyə, ABŞ, İngiltərə, Almaniya, Fransa, Misir başda olmaqla, 24 fərqli ölkənin mədəniyyət nümunələrini nümayiş etdirən müzeyi hər ay 10 minə yaxın insan ziyarət edir. Sadəcə mağaranı görmək üçün belə bölgəyə gələn çox sayda turistlər var. Oyuncaq muzeyini görüb ölkəsinə qayıdandan sonra buraya maket göndərən ölkələrdən biri də Azərbaycandır.
Qeyd edək ki, mağaralı oyuncaq müzeyi sadəcə Qaziantepdə var.
azadliq.info