Vyetnamın paytaxt Hanoenin bir qəsəbəsində yaranan torpaq qalmaqalında müdaxilə edən polis və işçiləri girov götürən sakinləri razı salmaq səyləri davam edir.
Dövlətə aid internet saytı olan “Vnexpress”in xəbərinə görə, Hanoenin Bələdiyyə sədri Nguyen Duc Chung 10-dan çox polis və rəsmi şəxsin girov saxlandığı böhranı çözmək üçün 50-yə qədər qəsəbə nümayəndəsi bir araya gəlib.
Sakinlər kənd təsərrüfatı üçün istifadə etdikləri ərazinin orduya aid telekom şirkəti tərəfindən ələ keçirilməsinə etiraz edərkən, polis 10-dan çox kəndli həbs olunmuş, buna cavab olaraq etirazçı qrup hadisə yerindəki 38 polisi və dövlət adamını girov götürmüşdü.
Sakinlər bu günə qədər 16 adamı sərbəst buraxmış, 3 girov də öz səyləriylə qaçmağı bacarmışdı.
azadliq.info