Suriyada yeni doğulan bir çox uşağa Rusiya prezidenti Vladimir Putinin adını qoyurlar. Bunu Suriyanın Rusiyadakı səfiri Riyad Xəddad bildirib. Səfirin sözlərinə görə, rus dili Suriya məktəblərində ikinci dil kimi öyrənilməyə başlayıb.
“Bəşər Əsədin rus dilinin Suriyada ikinci dil olması barədə qərarı suriyalıların Rusiya xalqına minnətdarlığıdır. Bir çox ailələlər uşaqlarına Putin adını qoyurlar. O da sirr deyil ki, hazırda Bəşər Əsədin övladları da rus dilini öyrənirlər”, – deyə səfir bildirib. O əlavə edib ki, bütün universitetlərdə rus dili kafedraları açılıb.
Gültəkin