Təyyarənin vurulmasında Rusiyanın əli olduğu bildirilir
Suriyanın Türkiyəyə aid kəşfiyyat təyyarəsini vurmasıyla bağlı yeni iddialar yayılıb. İngiltərədə yayımlanan “The Sunday Times” qəzeti türk təyyarəsinin vurulması əmrinin Rusiyadan gəldiyini yazıb. Yaxın Şərqdəki diplomatik mənbələrə istinadən yayılan xəbərə görə, 36 ədəd atma enişi olan Suriyadakı Pantsir-S1 (S-22) hava müdafiə sistemində hələdə də rusiyalı mütəxəssislər mühüm qərarlar vermək haqqına sahibdirlər.
“The Sunday Times” danışan bir diplomatın sözlərinə görə, türk təyyarəsinin vurulmasına Rusiyanın əlinin olması dəqiqdir. Diplomat deyib ki, təyyarəni rusiyalılar vurmasa belə suriyalı zabitlərə təlimat verməsi təəcüblü deyil. Mənbənin fikrincə, Moskva bu yolla Qərbə “Suriya Liviya deyil. Suriyada uçuşa qadağan bölgə elan etmək istəyənlər dünyanın ən güclü hava hücumundan müdafiə sistemlərindən biriylə qarşılaşa bilərlər” mesajı yollayıb.
azadliq.info