Türkiyənin Xarici işlər naziri Mevlud Çavuşoğlu Avropa Birliyinə üzvlük məsələsi ilə bağlı açıqlama verib. O, açıqlamasında bunları bildirib: “16 apreldən sonra AB-yə son təklifimizi təqdim edəcəyik. Ondan sonrakı müddəti necə sürdürəcəyimizi qiymətləndirib verdiyimiz qərarları sizinlə paylaşacağıq. AB ilə viza problemini həll etmək istəyirik. Bu viza sərbəstliyini də almağımız lazımdır. Çünki bu, ən son imzaladığımız köç razılaşmasının bir hissəsidir.”
azadliq.info