Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Suriyanın Şayrat Hava bazasını vurması ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, Rusiya Suriyadakı hava təhlükəsizliyi razılaşmasını təxirə saldır.
Nazirlik Şayrat Hava bazasına hücumu “terrorizmlə mübarizə aparan bir ölkəyə yönəlmiş güc nümayişi” adlandırıb.
Açıqlamada hücumun mövcud problemləri daha da dərinləşdirdiyi deyilir.
Digər tərəfdən Rusiya BMT TŞ-nı təcili yığıncağa çağırıb.
***
Kremlin mətbuat katibi Dmitriy Peskov ABŞ-ın Suriyada rejimi qarşı başladığı hava hücumlarına münasibət bildirib.
Peskov baş verənləri suveren bir dövlətin beynəlxalq hüquqlarının pozulması kimi dəyərləndirib. O, baş verənlərin arxasında sünü səbəblər durduğunu bildirib.
azadliq.info