Bakı aeroportunda içərisində 4000 avro olan çanta oğurlanıb.
Bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.
Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində Bakı şəhər sakininə məxsus, içərisində 4000 avro olan çantanı oğurlamaqda şübhəli bilinən paytaxt sakini Vaqif Rzayev tutulub.
Araşdırmalar davam etdirilir.