Rusiyanın Baş nazirinin müavini Dvorkoviç Türkiyənin hərəkətlərinə cavab olaraq bu ölkədən məhsul idxalıməhdudiyyət tətbiq oluna biləcəyini bildirib.
Dvorkoviç jurnalistlərin bu məsələ ilə bağlı sualına “əgər onlar bizim məhsullarımıza məhdudiyyət qoymağa davam etsələr, biz də eyni cavabı vermək məcburiyyətində qala bilərik ” deyib.
Xəbər verildiyi kimi, 15 martdan etibarən Türkiyə Rusiyanı buğdanın vergisiz göndərilməsi haqqına sahib olan ölkələr siyahısından çıxarıb. Beləliklə, rus ixracatçılar buğdanı Türk bazarına 130%-lik vergiylə göndərirlər.
azadliq.info