Pop-art sənət cərəyanının öncüllərindən olan Andi Varholun imzasını daşıyan Mao Zedung portreti Honq- Konqdakı bir hərracda 12,7 milyon dollara satılıb.
Mao portretinin adı açıqlanmayan asiyalı bir koleksioner tərəfindən satın alındığı bildirilib. Maonun qələmə aldığı ‘Kiçik qırmızı kitab “adlı əsərdə yer alan fotolarından ilhamlanaraq çəkilən Mao portreti 2014-cü ildə Londonda 9,4 milyon dollara adı açıqlanmayan bir müştəri tərəfindən satın alınmışdı.
Varhol Mao portretini Çində 2013-cü ildəki sərgisində də nümayiş etdirə bilməmişdi. Çinli səlahiyyətlilər “Maonun təsvirini qoruma” məqsədiylə eyni portretin Çində sərgilənməsini qadağan etmişdi.
azadliq.info